...

Bıçaqlayan bıçaqlandı

Hadisə Materials 21 Yanvar 2015 13:31 (UTC +04:00)
Ramana qəsəbə sakininə bıçaqla xəsarət yetirmiş Özbəkistan vətəndaşı tutulub.
Bıçaqlayan bıçaqlandı

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Ramana qəsəbə sakininə bıçaqla xəsarət yetirmiş Özbəkistan vətəndaşı tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 16-da Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədov və İbrahim Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Bu barədə verilmiş məlumatla əlaqədar Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti