...

DİN: Masazırda kafedə partlayış nəticəsində 2 nəfər yaralanıb

Hadisə Materials 28 Yanvar 2015 14:41 (UTC +04:00)
Abşeron rayonunun Masazır qəsəbəsində kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib.
DİN: Masazırda kafedə partlayış nəticəsində 2 nəfər yaralanıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Abşeron rayonunun Masazır qəsəbəsində kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 27-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə kafenin pəncərə şüşələri sınıb, orada təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti