...

Bakıda avtomobillərin qənimi tutulub

Hadisə Materials 31 Yanvar 2015 14:49 (UTC +04:00)
Oğurluq etdiyinə görə tutulmuş Kamran Mürsəlovun digər cinayət əməlləri də müəyyən edilib.
Bakıda avtomobillərin qənimi tutulub

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Oğurluq etdiyinə görə tutulmuş Kamran Mürsəlovun digər cinayət əməlləri də müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 29-da oğurluq etdiyinə görə tutulmuş K.Mürsəlovun ətrafında Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Namiq Bayramova məxsus "VAZ-2106", Sərdarcan Məmmədova məxsus "Reno" və Azər Əliyevə məxsus "VAZ-2108" avtomobilləri qaçırması, Kənan Hüseynzadəyə, Elçin Hacıyevə və Habil Nəzərova məxsus avtomobillərdən isə pul, məişət əşyaları və sənəd oğurlaması da müəyyən edilib.

Bundan başqa, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Cəlal Hacıyevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti