...

Gəncədə piyada qadın avtomobillə vurulub

Hadisə Materials 20 Fevral 2015 17:54 (UTC +04:00)
Bu gün saat 16:00 radələrində Gəncənin Mizrə Abbas Abbaszadə küçəsində piyadanın vurulması hadisəsi baş verib.
Gəncədə piyada qadın avtomobillə vurulub

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bu gün saat 16:00 radələrində Gəncənin Mizrə Abbas Abbaszadə küçəsində piyadanın vurulması hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhər sakini 47 yaşlı Kəmalə Məhərrəmova yolu keçmək istəyərkən hələlik sürücüsünün adı məlum olmayan "VAZ 2107" markalı avtomobillə vurulub.

Zərərçəkmiş yaxınlıqdakı şəxslərin köməyi ilə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini yaxşı qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti