...

DİN Yevlaxda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 24 Fevral 2015 13:50 (UTC +04:00)
Yevlax rayonunun Aran qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.
DİN Yevlaxda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/

Yevlax rayonunun Aran qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Bərdə rayon sakini Vilayət Qədirovun idarə etdiyi "Toyota" və Şəki rayon sakini Nüsrət Səmədovun "Amico" markalı avtomobillər toqquşub. Nəticədə Vilayət Qədirov və sərnişinləri - Bərdə rayon sakini Sevil Qədirova, Bakı şəhər sakinləri Zahirə Rəşidova və Şahin Ağayev hadisə yerində ölüblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti