...

Həmyerlisini bıçaqlayıb öldürən Göyçay sakini axtarılır

Hadisə Materials 10 Mart 2015 15:13 (UTC +04:00)
Bıçaqlanmış Göyçay rayon sakini aldığı xəsarətdən xəstəxanada ölüb.
Həmyerlisini bıçaqlayıb öldürən Göyçay sakini axtarılır

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Bıçaqlanmış Göyçay rayon sakini aldığı xəsarətdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 9-da Göyçay rayonunun Çaxırlı kəndində kənd sakini Elşən Məmmədov münaqişə zəminində həmkəndlisi Rahib Əliyevə bıçaqla xəsarət yetirib. Hadisəni törətdikdən sonra E.Məmmədov hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş R.Əliyev isə martın 10-da orada ölüb.

Göyçay rayon Polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti