...

DİN: Cəlilabadda yanğına keçən partlayış zamanı 4 nəfər xəsarət alıb

Hadisə Materials 17 Mart 2015 13:46 (UTC +04:00)
Cəlilabadda yaşayış evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
DİN: Cəlilabadda yanğına keçən partlayış zamanı 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İlkin İzzət/

Cəlilabadda yaşayış evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 16-da saat 08 radələrində Cəlilabad şəhərində rayon sakini Taciəddin Hüseynovun kirayədə yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə qapı və pəncərə şüşələri sınıb, ev əşyaları qismən yanıb, yanıq xəsarəti almış T.Hüseynov, arvadı Samirə, qızı Mirhumay və oğlu Mirhəbib xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti