...

"Türk Hava Yolları"nın daha bir təyyarəsi terror təhlükəsi ilə üzləşdi (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Aprel 2015 15:22 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Bazel reysi üzrə uçan təyyarəsi terror təhlükəsi səbəbindən İstanbula qayıdıb.
"Türk Hava Yolları"nın daha bir təyyarəsi terror təhlükəsi ilə üzləşdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Bazel reysi üzrə uçan təyyarəsi terror təhlükəsi səbəbindən İstanbula qayıdıb.

Trend-in Türkiyə mətbuatına istiandən verdiyi məlumata əsasən, təyyarə İstanbuldan havaya qalxdıqdan sonra göyərtəsində partlayıcı qurğunun olması barədə yazı tapılıb.

Təyyarə İstanbulun Atatürk Hava Limanına endikdən sonra eniş yerinə minaxtaranlardan ibarət qrup gəlib və bütün sərnişinlər təxliyə olunub. Partlayıcı qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti