Azərbaycan, Bakı, 4 may /Trend/
Tərtərin Qaraqoyunlu kəndində evdə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 20 kv.m sahədə yanıb.
Yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.