...

Qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı

Hadisə Materials 4 May 2015 11:13 (UTC +04:00)
Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb.
Qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, mayın 3-də saat 20:20 radələrində Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevaya bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Lətif Yasəf oğlu Babayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti