...

Bakıda binada, Goranboyda kafedə yanğın olub

Hadisə Materials 21 İyun 2015 16:48 (UTC +04:00)
Bakıda binada, Goranboyda kafedə yanğın olub.
Bakıda binada, Goranboyda kafedə yanğın olub

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Bakıda binada, Goranboyda kafedə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Goranboy rauonu, Safikürd kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli kafenin lambirdən ibarət tavanı və arakəsmə divarı 54 kv.m sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının girişinin üst hissəsinə yığılmış 3 kv.m sahədə məişət tullantıları və binanın xarici divarından keçən elektrik kabeli 2 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti