...

50 sərxoş sürücü saxlanıldı

Hadisə Materials 20 İyul 2015 12:52 (UTC +04:00)
Dövlət Yol Polisi əməkdaşlarının qərb bölgəsində keçirdiyi reydlər nəticəsində Şəmkirdə bir gündə 16 sərxoş sürücü saxlanılıb.
50 sərxoş sürücü saxlanıldı

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Dövlət Yol Polisi əməkdaşlarının qərb bölgəsində keçirdiyi reydlər nəticəsində Şəmkirdə bir gündə 16 sərxoş sürücü saxlanılıb.

Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları həftə sonu qərb bölgəsində reydlər təşkil edib. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları Şəmkir-Gədəbəy avtomobil yolunda bir neçə saat ərzində 16 sərxoş sürücü aşkarlayıb.

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində Hacıkənd qəsəbəsi əzarəzisinə nəzarəti gücləndirib.

Təxminən 11 sərxoş sürücü aşkarlnıb ki, onların da barəsində müvafiq tədbirlər görülüb. Göygöl rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları da xidməti ərazilərində reydlərini davam etdirib.

Rayonun enişli-yoxuşlu yollarında, eləcə də Üçtəpə kəndi ərazisində keçirilən reyd zamanı 12 sərxoş və 20-ə yaxın sənədsiz sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Ümumilikdə 2 gün ərzində qərb bölgəsində 50 sərxoş və avtomobili sənədsiz idarə edən 120 sürücü müəyyən edilib ki, onların da barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti