Azərbaycan, Bakı, 6 avqust /Trend/
Bu gün saat 10:40-da Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə məlumat doğru deyil. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, sərnişinlərdən birinin vəziyyəti pisləşdikdən sonra o, uçmaqdan imtina edib. Prosedura uyğun olaraq bütün sərnişinlər, həmçinin baqaj yenidən yoxlanışdan keçib.
Hazırda bütün sərnişinlər təyyarədə öz yerlərini alıb və təyyarə uçuşa hazırlaşır.