...

Lənkəran sakinində 12 kq narkotik tapıldı

Hadisə Materials 24 Avqust 2015 15:15 (UTC +04:00)
Lənkəran sakinindən marixuana və tiryək aşkarlanaraq götürülüb.
Lənkəran sakinində 12 kq narkotik tapıldı

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Elmir Murad/

Lənkəran sakinindən marixuana və tiryək aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsi əməkdaşlarının Cənub Bölgəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Tağıyevdən 6 kiloqram 575 qram marixuana və 5 kilolqram 140 qram tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti