...

Türkiyədə hərbçilərin olduğu avtobus partladıldı: yaralılar var

Hadisə Materials 15 Sentyabr 2015 13:24 (UTC +04:00)
Türkiyənin Muş vilayətində hərbçilərin olduğu avtobus partladılıb.
Türkiyədə hərbçilərin olduğu avtobus partladıldı: yaralılar var

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Muş vilayətində hərbçilərin olduğu avtobus partladılıb.

Trend-in İHA agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 12 hərbçi yaralanıb.

Yaralı hərbçilər yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Partlayışdan sonra vilayətdə PKK-ya qarşı irimiqyaslı əməliyyat başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti