...

Lənkəranda çaylar daşıb, sel suları avtomobil yolunu bağlayıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 30 Oktyabr 2015 20:13 (UTC +04:00)

FHN-in məlumatı əlavə olunub (ilk xəbər saat 15:33-də yayılıb)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Hazırda Lənkəranda yağışlar davam edir. Yağıntının fəsadlarının qarşısını almaq üçün rayon fövqəladə hallar komissiyası ərazidə iş aparır, tədbirlər həyata keçirilir. Bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir. , Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni, Vilvan, Sütəmurdov kəndlərinin ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb.

İcra Hakimiyyətindən bildirilib ki, yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağlıb. Vəziyyət hələ ki gərgindir. Yağış davam edir.

X X X

Lənkəran rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağışlar nəticəsində İstisu qəsəbəsində də bir körpü uçulub. Hazırda qabaqlayıcı tədbirlər davam edir.

Məlumata görə, yağıntılar aylıq normadan 50 faiz çox düşüb.

X X X

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub regional mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb.

Hazırda nazirliyin Cənub regional mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir.

X X X

Trend FHN-in saytına istinadən məlumat verir ki, 29.10.2015-ci il tarixindən Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.

Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzi, Mülkü Müdafiə Qoşunları və rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb.

Təxirəsalınmaz işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti