...

Narkotik alverçisinə 9 il cəza verildi

Hadisə Materials 28 Mart 2016 16:34 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən 1970-ci il təvəllüdlü İlham Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Narkotik alverçisinə 9 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən 1970-ci il təvəllüdlü İlham Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Güləliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Bakı şəhər Baş Polis İdarəsi Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları paytaxtın Qaradağ rayonunda əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü İ.Güləliyev həbs edilib. Ondan 3 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti