...

Gəncədə ağır yol qəzası: ölənlər var (FOTO)

Hadisə Materials 11 May 2016 17:49 (UTC +04:00)
Hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Bölməsinin xilasediciləri cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarırlar.
Gəncədə ağır yol qəzası: ölənlər var (FOTO)

Bakı. Trend:

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə ağır yol qəzası baş verib. Şəhərin Vəli Xuluflu küçəsində "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub. VAZ-ın sürücüsü Eldar Mahmudov və sərnişini 58 yaşlı Fikrət Kərimov hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 53 yaşlı İradə Həsənova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Bölməsinin xilasediciləri cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarırlar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti