Bakı. Trend:
Bakıda avtomobil oğrusu tutulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyunun 2-də saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakini Valeh Mustafayevə məxsus "VAZ-21013" markalı avtomobil qaçırılıb.
Hadisəni törətmiş Bakı şəhər sakini Məlikməmməd Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə təhvil verilib.