...

Şəmkirdə 7 otaqlı ev əşyaları ilə yanıb

Hadisə Materials 23 İyun 2016 17:37 (UTC +04:00)
Şəmkirdə gündüz saatlarında 7 otaqlı ev əşyaları ilə yanıb.
Şəmkirdə 7 otaqlı ev əşyaları ilə yanıb

Bakı. Trend:

Şəmkirdə gündüz saatlarında 7 otaqlı ev əşyaları ilə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Muxtariyyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti