Bakı. Trend:
İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.
Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, hadisə nəticəsində ölənlərin sayı artaraq 31 nəfərə çatıb, 147 nəfər isə xəsarət alıb.
Bundan əvvəl bildirilmişdi ki, terror aktı zamanı 28 nəfər ölüb, 88 nəfər yaralanıb.