...

Bir il əvvəl Bakıda qaçırılan maşın İsmayıllıda tapıldı

Hadisə Materials 11 İyul 2016 13:10 (UTC +04:00)
Bir il əvvəl Bakıda qaçırılan avtomobil İsmayıllı rayonunda aşkarlanıb.
Bir il əvvəl Bakıda qaçırılan maşın İsmayıllıda tapıldı

Bakı. Trend:

Bir il əvvəl Bakıda qaçırılan avtomobil İsmayıllı rayonunda aşkarlanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 10-da DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən ötən il mayın 23-də Nəsimi rayonu ərazisindən qaçırılmış, Bakı şəhər sakini Ramin Qəniyevə məxsus “Hyundai” markalı avtomobilin Qaraməryəm-İsmayıllı yolunda hərəkətdə olması müəyyən edilib.

Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, sürücü, Ağsu şəhər sakini İrfan Əhmədov, sərnişinlər Mirsadıq Seyidov və Xəzər Həsənov araşdırmalar aparılması üçün İsmayıllı rayon Polis şöbəsinə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti