...

Binə sakinini mağazada qətlə yetirən ruhi xəstə tutulub

Hadisə Materials 5 Oktyabr 2016 11:37 (UTC +04:00)
Binə sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Binə sakinini mağazada qətlə yetirən ruhi xəstə tutulub

Bakı. Trend:

Binə sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 4-də Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb.

Xəzər rayon Polis İdarəsi 2-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub və hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti