...

Balakən və Biləsuvarda yanğın baş verib

Hadisə Materials 20 Dekabr 2016 09:43 (UTC +04:00)
Balakəndə və Biləsuvarda yanğın faktı qeydə alınıb.
Balakən və Biləsuvarda yanğın baş verib

Bakı. Trend:

Biləsuvarda səhər saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Bağbanlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan köməkçi tikilinin tavanı 12 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Balakəndə isə gecə saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qazma kəndində vətəndaşa məxsus ümumi sahəsi 68 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanın. Tikilinin qalan hissəsi yanğından mühafizə olunun.

Yanğın saat 04:30-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti