Bakı. Trend:
Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 10:29-da Ordubaddan 37 km şimal-şərqdə Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.5, dərinliyi 11 km olan zəlzələ Ordubad ərazisində 3 bala qədər hiss olunub.