...

Metroda qatar vuran qadın reanimasiyaya yerləşdirildi - Baş həkim danışdı (YENİLƏNİB)

Hadisə Materials 4 Aprel 2017 15:38 (UTC +04:00)
Bakı metrosunda təhlükəsizlik xəttini keçən qadın hərəkətdə olan qatarın güzgüsünə dəyib.
Metroda qatar vuran qadın reanimasiyaya yerləşdirildi - Baş həkim danışdı (YENİLƏNİB)

İlk xəbər saat 14:46-da yayımlanıb

Bakı. Samir Əli -Trend:

Bu gün Bakı metrosunda təhlükəsizlik xəttini keçdiyi üçün qatarın zərbəsi ilə yaralanmış qadın 1 saylı Şəhər Klinik Xəstəxanasna yerləşdirilib.

Xəstəxanın baş həkimi Ədalət Dadaşov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan Adıgözəlova Rəfiqə Zeynəlabdin qızına "qapalı kəllə-beyn travması, topuğun sınığı" diaqnozu təyin edilib və xəstəxanaın reanimasiya şöbəsində yerləşdirilib.

Baş həkimin sözlərinə görə, hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilsə də, həyatı təhlükəsi yoxdur.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

X X X

Bakı metrosunda təhlükəsizlik xəttini keçən qadın hərəkətdə olan qatarın güzgüsünə dəyib.

Bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə metronun "20 yanvar" stansiyasında baş verib. Təxminən 55-60 yaşlı Adıgözəlova Rəfiqə Zeynəlabdin qızı qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib.

Hadisə yerinə dərhal təcili-tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti