...

Şəkidə 2 evdə yanğın olub

Hadisə Materials 1 Avqust 2017 09:31 (UTC +04:00)
Şəki şəhərində bu gecə 2 evdə yanğın baş verib.
Şəkidə 2 evdə yanğın olub

Bakı. Trend:

Şəki şəhərində bu gecə 2 evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 168 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, ümumi sahəsi 14 kv.m olan talvarın yanar konstruksiyaları və digər vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti