...

Bakının mərkəzi prospektində TIXAC - avtomobil yanır

Hadisə Materials 3 Avqust 2017 21:45 (UTC +04:00)
Hazırda paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektində minik avtomobil yanır
Bakının mərkəzi prospektində TIXAC - avtomobil yanır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı şəhəri, Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər və avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

XXX

Hazırda paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektində minik avtomobili yanır.

Trend-in məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə yangınsöndürən maşınlar cəlb olunub.

Avtomobilin hansı səbəbdən yanması məlum deyil. Xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğınla əlaqədar porspektdə avtomobillərin sıxlığı müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti