...

Bakıda "London Taxi"ni qaçıran şəxs tutuldu

Hadisə Materials 14 Avqust 2017 11:46 (UTC +04:00)
Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.
Bakıda "London Taxi"ni qaçıran şəxs tutuldu

Bakı. Trend:

Avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.

Bundan başqa, avqustun 12-də Gəncə şəhəri ərazisindən şəhər sakini Vilayət Qurbanova məxsus “VAZ-2106” markalı avtomobili qaçırılıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Əkbər Hüseynov tutulub, avtomobil Gəncə şəhəri ərazisində tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti