...

Gəncədə intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 21 Avqust 2017 22:51 (UTC +04:00)
Gəncə şəhəri, Nizami rayonunda intihara cəhdin qarşısı alınıb
Gəncədə intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Gəncə şəhəri, Nizami rayonunda intihara cəhdin qarşısı alınıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məluat verilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damına çıxması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:24-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti