...

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

Hadisə Materials 30 Avqust 2017 17:49 (UTC +04:00)
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
İnterpol daha bir azərbaycanlını axtarışa verdi

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in İnterpolun saytına istinadən verdiyi xəbərə görə, 1964-cü il təvəllüdlü Nəsirov Adil Xəlil oğlu dələduzluqda təqsirləndirilir. Azərbaycanın istintaq orqanı A.Nəsirov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlayıb.

İstintaqdan yayınan A.Nəsirov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib. Həmin qərar əsasında da İnterpol A.Nəsirovu beynəlxalq axtarışa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti