Bakı. Trend:
Avstraliyanın şimal-şərqində Kvinlend ştatında üç nəfər paraşütlə tullanma zamanı həlak olub.
Trend-in məlumatına görə, hadisə Mişen Biç yaşayış məntəqəsində baş verib. Belə ki, paraşütlə tullananlardan biri yerli sakinlərdən birinin yaşayış ərazisinə, digər ikisi isə ağacların üstünə düşüb.
Hər üç paraşütçü aldıqları xəsarətlərdən elə hadisə yerində ölüblər. Onlardan birinin qadın, digər 2 nəfərin kişi olduğu bildirilir. Ölənlərdən birinin paraşütlə tullanma üzrə təlimatçı olduğu ehtimal edilir.
Hadisə yerniə polis cəlb olunub, araşdırma aparılır.