...

Azərbaycanda yol təsərrüfatına yarım milyon manatdan çox ziyan vurulub

Hadisə Materials 24 Oktyabr 2017 10:30 (UTC +04:00)
Azərbaycanda yol təsərrüfatına yarım milyon manatdan çox ziyan vurulub.
Azərbaycanda yol təsərrüfatına yarım milyon manatdan çox ziyan vurulub

Bakı. Trend:

Azərbaycanda yol təsərrüfatına yarım milyon manatdan çox ziyan vurulub.

Trend-in məlumatına görə, bu barədə "Azəravtoyol" ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatda deyilir.

Qeyd olunur ki, 2017-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın avtomobil yollarında 2150 ədəd yol nişanı, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəyi, 826 ədəd siqnal bayrağı, 10 090 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 513,5 min kv.m həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

Görülən tədbirlərə baxmayaraq, 2017-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb, ümumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib. Bundan da 285,3 min manatı ödənilib (56,5%), o cümlədən respublika üzrə 235,8 min manat ödənilib (dəymiş ziyanın 59,1%), Bakı şəhəri üzrə 49,5 min manat ödənilməsi təmin olunub (dəymiş ziyanın 46,7%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti