...

İnterpol 49 yaşlı azərbaycanlını axtarışa verdi

Hadisə Materials 21 Dekabr 2017 23:22 (UTC +04:00)
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
İnterpol 49 yaşlı azərbaycanlını axtarışa verdi

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, barəsində beynəlxalq axtarış elan edilən 1968-ci il təvəllüdlü Vüqar Şabanov dələduzluqda təqsirləndirilir.

V.Şabanov barəsində Azərbaycanın istintaq orqanı tərəfindən cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb və barəsində axtarış elan edib.

Məhkəmə qərarı əsasında İnterpol V.Şabanov barəsində beynəlxalq axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti