...

Sabirabadda 3 otaqlı ev yanıb

Hadisə Materials 27 Yanvar 2018 00:35 (UTC +04:00)
Sabirabadda yanğın qeydə alınıb
Sabirabadda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Sabirabadda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Yaxa Dəllək kəndində ümumi sahəsi 56 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 16 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti