...

Bakıda və Mingəçevirdə ev yanıb

Hadisə Materials 3 Fevral 2018 15:04 (UTC +04:00)
Bakının Binəqədi rayonunda və Mingəçevirdə yanğın olub.
Bakıda və Mingəçevirdə ev yanıb

Bakı. Trend:

Bakının Binəqədi rayonunda və Mingəçevirdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 60 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsi 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Mingəçevir şəhərində ümumi sahəsi 286 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 98 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti