...

ABŞ-da qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 70-ə çatıb (YENİLƏNİB )

Hadisə Materials 4 Fevral 2018 18:57 (UTC +04:00)
ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub
ABŞ-da qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 70-ə çatıb (YENİLƏNİB )

Bakı. Trend:

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşması nəticəsində xəsarət alanların sayı ən azı 70 nəfərə çatıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər Leksington dairəsinin şerifinə istinadla məlumat yayıb.

İnsidentlə bağlı araşdırmanın Nəqliyyatda Təhlükəsizliyik üzrə Milli Agentliyin aparacağı bildirilir.

X X X

15:25

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, “Amtrak” şirkətinə məxsus sərnişin qatarı Nyu-York-Mayami marşrutu ilə hərəkət edirdi. Qatarda 139 sərnişin və 8 heyət üzvü olub.

Toqquşma nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti