...

Qobustanda avtomobil oğrusu tutuldu

Hadisə Materials 14 Mart 2018 16:40 (UTC +04:00)
Qobustan şəhərinin ərazisindən “Niva” markalı avtomobili qaçırmaqda şübhəli bilinən C.Abduləliyev saxlanılıb.
Qobustanda avtomobil oğrusu tutuldu

Bakı. Trend:

Martın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, avtomobil həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nabur kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Abduləliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti