Bakı. Trend:
İmişli rayonunda yanğın hadisəsi baş verib.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Şahverdi kəndində ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.