Bakı. Trend:
Bakıda avtomobil yanıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.