...

Digahda avtomobillə vurulan piyada öldü

Hadisə Materials 19 Aprel 2018 13:46 (UTC +04:00)
Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Digahda avtomobillə vurulan piyada öldü

Bakı. Trend:

Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 18-də saat 23 radələrində Abşeron rayonunun Digah qəsəbəsində Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Səməd Arazı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti