Bakı. Samir Əli - Trend:
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, onlar Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan yeniyetmələr aprelin 27-də rayon ərazisindəki evlərin birindən kəmər və 700 manat dəyərində qızıl saat oğurlamaqda, habelə dəyəri 10.000 manat olan seyfi yararsız hala salmaqda şübhəli bilinir.