Bakı. Trend:
Xırdalanda yanğın qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.