...

FHN: Kafedə qaz balonu partlayıb

Hadisə Materials 21 May 2018 16:39 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə baş vermiş partlayışla bağlı məlumat yayıb.
FHN: Kafedə qaz balonu partlayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti