...

Bakıda yaşayış binasında yanğın zamanı 35 nəfər təxliyə edilib

Hadisə Materials 31 May 2018 16:59 (UTC +04:00)
Bakının Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bakıda yaşayış binasında yanğın zamanı 35 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakının Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı bina sakinləri təxliyə edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti