Bakı. Trend:
Avtomobilin bir qrup piyadaları vurması nəticəsində 5 nəfər ağır yaralanıb. Bu xəbər yerli polisə istinadən bildirilir.
Qeyd edilir ki, avtomobil hadisə yerindən qaçıb, hazırda sürücünün axtarışı aparılır.
Təcili tibbi yardım xidmətində bildirildiyi kimi, yaralananlar ağır vəziyyətdədir. Hal-hazırda hadisənin baş verdiyi yol polis tərəfindən bağlanıb.
Söyləmək lazımdır ki, polis piyadaların kütləvi şəkildə avtomobil tərəfindən əzilməsi hadisəsini terrorla əlaqələndirmir.