Bakı. Trend:
İndoneziyanın Sulavesi adası yaxınlığında sərnişin bərəsi aşıb.
Trend-in məlumatına görə, qəzaya uğrayan gəmidə 139 sərnişin olub.
Hazırda bölgədə xilasetmə işləri başlayıb. Hələlik nə qədər sərnişinin xilas edildiyi məlum deyil.
Son məlumatlara görə, 4 nəfərin ölümü təsdiq edilib.