...

Gəncədə avtomobil oğrusu tutuldu

Hadisə Materials 9 İyul 2018 18:45 (UTC +04:00)
Avtomobil qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini Elsevər Allahverdiyev avtomobillə birgə saxlanılıb
Gəncədə avtomobil oğrusu tutuldu

Bakı. Trend:

İyulun 8-də Gəncə şəhərindən şəhər sakini Elnur Həsənova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Gəncə ŞBPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Allahverdiyev Göygöl rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti