...

Mikroavtobus piyadanı vurub öldürdü

Hadisə Materials 5 Sentyabr 2018 13:41 (UTC +04:00)
Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Mikroavtobus piyadanı vurub öldürdü

Bakı. Trend:

Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 4-də saat 23 radələrində Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində Güdəcühür kənd sakini Nizami Ələsgərov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən kənd sakini Xəyal Paşayevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti