...

Xəzərin çirkləndirilməsi ilə bağlı bir neçə qurumda pozuntu aşkarlandı

Hadisə Materials 14 Sentyabr 2018 11:53 (UTC +04:00)
Xəzərin çirkləndirilməsi ilə bağlı bir neçə qurumda pozuntu aşkarlandı.
Xəzərin çirkləndirilməsi ilə bağlı bir neçə qurumda pozuntu aşkarlandı

Bakı. Samir Əli - Trend:

Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması və gəmilərdən çirkləndirmənin qarşısının alınması istiqamətində nəzarətin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən reydlərin keçirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib.

Onun sözlərinə görə, ETSN-in Ətraf Mühitin Mühafizə Departamenti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda gəmiçilik təsərrüfatı ilə məşğul olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində, Xəzər Dəniz Neft Donanma İdarəsində, Dəniz Nəqliyyat Donanma İdarəsində və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Təlim Tədris Mərkəzində “Ətraf mühitin mühafizəsi haqqında”, “Su məcəlləsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” qanunların və digər qəbul olunmuş normativ hüquqi aktların tələblərinin icra vəziyyəti araşdırılıb:

"Aparılmış araşdırmalar zamanı adıçəkilən hər bir müəssisədə bu və ya digər qanuna riayət edilmədiyi faktları aşkar edilib və protokollar tərtib edilərək cərimələr tətbiq olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli məcburi göstərişlər verilib. Bu istiqamətdə reydlər davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti